(Cavid Guneşli)
Səni bir gün acı danışdıraram...
Gecə yuxularımı qarışdıraram...
Od vurub dünyanı alışdıraram...
Bir dəfə əllərin üşüyə sənin...
Gecə yuxularımı qarışdıraram...
Od vurub dünyanı alışdıraram...
Bir dəfə əllərin üşüyə sənin...
Təsəvvür elə ki, bir qoca təkdi...
Onun fikri zikri quru çörəkdi...
Vallah nə gizlədim elə gərəkdi...
Varlığın bu evə eşiyə sənin...
Onun fikri zikri quru çörəkdi...
Vallah nə gizlədim elə gərəkdi...
Varlığın bu evə eşiyə sənin...
İnsan ağladıqca sıxar gözlərin...
Bəzən yorularsan axar gözlərin...
Yenə də yorulmaz baxar gözlərin...
Övladın yatdığı beşiyə sənin...
Bəzən yorularsan axar gözlərin...
Yenə də yorulmaz baxar gözlərin...
Övladın yatdığı beşiyə sənin...
Bir kiçik ailə düşün,sal yada...
Sən yatıb qalasan gecə röyada...
Qızın saçlarını yolub oyada...
Oğlun da üstünə işiyə sənin...
Sən yatıb qalasan gecə röyada...
Qızın saçlarını yolub oyada...
Oğlun da üstünə işiyə sənin...
Hiç yorum yok:
Yorum Gönder